XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Dünya13:54 20.09.2026

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Galaxy” yazır.

Təxminən 400 il əvvəl Qaliley izah etmişdi ki, insan bədəninin ölçüsünü sadəcə böyütmək mümkün deyil. O bildirirdi ki, ölçülər artdıqca çəki gücdən daha sürətlə artır. Bu isə o deməkdir ki, adi insanla eyni bədən proporsiyalarına malik nəhəng müəyyən mərhələdə öz bədənini saxlaya bilməyəcək.

Qaliley 1638-ci ildə nəşr olunan “İki yeni elm haqqında dialoqlar” kitabında bu problemi möhkəm palıd ağacından hazırlanmış taxta tir nümunəsi üzərində araşdırıb. O, həmin tirin formasını və nisbətlərini tamamilə qorumaqla ölçülərini böyütdükdə nə baş verəcəyini müəyyənləşdirməyə çalışıb.

Böyük tir daha möhkəm olmalıdır, çünki ölçülər artdıqca onun en kəsiyinin sahəsi də artır. Lakin tirin çəkisi eyni nisbətdə artmır. Çəki həcmdən asılı olduğuna görə, ölçüləri 10 dəfə böyüdülmüş tir 1000 dəfə ağırlaşacaq. Onun möhkəmliyi artsa da, kütləsi daha sürətlə artacaq.

Qalileyin izahına görə, bu fərq sonda problem yaradır. Müəyyən ölçüyə çatdıqda konstruksiya öz möhkəmliyi üçün həddindən artıq ağırlaşacaq və artıq özünü saxlaya bilməyəcək.

Qaliley eyni prinsipi canlılara da tətbiq edib. O qeyd edirdi ki, insan sümükləri bədənin ağırlığını daşıyan və əzələlərə hərəkət yaratmağa kömək edən dayaq tirləri kimi fəaliyyət göstərir. Əgər bu sümüklər hazırkı proporsiyaları və hazırlandığı material dəyişdirilmədən böyüdülsəydi, əlavə çəkini daşımaq üçün kifayət qədər möhkəm olmazdı.

Alim yazırdı: “Aydındır ki, kimsə böyük nəhəngin ətraflarının proporsiyalarını adi insanınkı ilə eyni saxlamaq istəyirsə, ya sümükləri hazırlamaq üçün daha sərt və möhkəm material tapmalıdır, ya da orta boylu insanlarla müqayisədə gücün azalmasını qəbul etməlidir”.

Qalileyin fikrincə, nəhəng sadəcə daha uzun qollara, daha böyük ayaqlara və daha qalın əzələlərə malik ola bilməzdi. Eyni insan quruluşunu qorumaqla bunu etmək mümkün deyil. Belə bir canlı bütün bədən quruluşunu dəyişməli olardı.

Aydın