XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"
Maqazin13:15 20.09.2026

Rüfət Nasosnu: "Həddi bir az aşmışıq, üzr istəyirəm"

Meyxanaçı Rüfət Nasosnu həmkarl Balaləli ilə Xosrov Maştağalı arasında toyda baş verən davaya münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda meyxananın toylardan ləğv olunması ilə bağlı səsləndirilən fikirlərə etiraz edib:

"Bu yaxınlarda toyların birində baş verən mübahisədən sonra sosial şəbəkələrdə “Meyxana toylardan ləğv olunmalıdır” fikrinə münasibət bildirmək istəyirəm. Əvvəla, bir neçə hadisəyə, bir neçə nəfərə görə bütün sənət ləğv olunmalıdır fikri ilə razı deyiləm.

İstənilən sahədə, toylarda söz-söhbət olur. Yəni müğənnilər, xanəndələr, musiqiçilər, aparıcılar arasında mübahisə olur. Sıravi vətəndaşlar, qonaqlar arasında da mübahisə düşür. Nə edək, toyu ləğv edək? Bu yaxınlarda kino işçiləri arasında da mübahisələr olub. Bu, hər sahədə ola bilər.

Düzdür, mən razıyam ki, biz həddi bir az aşmışıq. Meyxana söz sənətidir. Aqressivlik, yumor, satira öz yerində, sərt deyişmə də ola bilər. Yenə də deyirəm ki, düz olmayıb, iş bir az həddi aşıb. Ona görə də mən özüm meyxana deyənlər arasında öz adımdan üzr istəyirəm. İnşallah ki, hər şey yerində olar.

Meyxana deyənlər öz təhsillərinə, savadlarına, xalqa, dövlətə, millətə necə lazımlı olduqlarını, necə layiq olduqlarını göstəriblər. İnanın mənə, hər ailədə söz-söhbət olduğu kimi, meyxanada da olur. Mən gözləyirdim ki, böyük ustadlar fikrini bildirərlər. Onlar da bildirmədilər. Hər kəs öz problemi ilə məşğuldur. Meyxananın problemi ilə məşğul olan yoxdur".

Qeyd edək ki, toyda meyxanaçılar arasında sözlü mübahisədən sonra Balaləli Xosrov Maştağalıya (Kərimov) butulka atıb.