Texnologiya 13:14 14.01.2020

ABŞ-dakı seçki ərəfəsində ruslar yenə iş başında

Rusiyalı hakerlər Ukraynanın "Burisma" qaz şirkətinə hücum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb. Nəşrin yazdığına görə, hakerlər ötən ilin noyabrın əvvəlindən şirkət məlumatlarına sızmağa çalışırlar.

Qeyd edək ki, "Burisma" şirkətinin adı ABŞ pzidenti Donald Trampla demokrat rəqibi Co Bayden arasındakı qalmaqalda hazllanmışdı. Belə ki, Ağ Ev rəhbərinin ukraynalı həmkarı Vladimir Zelenskiyə Co Baydenin sözügedən şirkətin idarə heyətində olan oğlunu araşdırması üçün təzyiq göstərdiyi iddia edilirdi.

Təhlükəsizlik mütəxəssisləri hakerlərin dəqiq nə axtardıqlarını bilmədiklərini deyiblər, lakin hücum vaxtları Bayden qalmaqalı ilə eyni vaxta təsadüf edir. Bu əbəbdən hakerlərin onun ailəsi barədə kirli məlumatlar axtardıqları iddia olunur. Nəşr yazır ki, rusiyalı hakerlər "Burisma"nın törəmə şirkətlərinin saxta veb saytlarını şirkətin elektron poçt ünvanlarına məktublar göndəriblər. İddialara görə, hətta onlar şirkətin serverlərin birinə daxil ola biliblər.
 
Camal