ABŞ-dan Belarusda yerləşən amerikalılara qəribə çağırış

ABŞ-dan Belarusda yerləşən amerikalılara qəribə çağırış

Amerikanın Minskdəki səfirliyi Belarusda yerləşən ABŞ vətəndaşlarına keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın ultimatum müddəti bitən 25 oktyabr bazar gününə hazırlaşmağı xahiş edib.

 

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı RİA Novosti yayıb.


Diplomatik nümayəndəlik amerikalıları hər hansı fövqəladə vəziyyət üçün dərman, qida və nağd pul ehtiyatı görməyə çağırıb.

Onlara evdə qalmaq da tövsiyə edilib.


Qeyd edək ki, bundan bir qədər əvvəl Tixanovskaya Belarus prezidenti Aleksandr Lukaşenkoya ultimatum irəli sürüb. Beləliklə, o, 26 oktyabr tarixinə qədər istefasını elan etməli, küçələrdəki zorakılığı dayandırmalı və siyasi məhbusları sərbəst buraxmalıdır. Əks təqdirdə, müxalifətçi Lukaşenkoya respublikada kütləvi etiraz və tətillər vəd edib, yollar bağlanacaq və dövlət mağazalarındakı satışlar çökdürüləcək.

 

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR