Xəbər lenti

ABŞ
Dünya 18:03 24.01.2020

ABŞ "doğum turizmi" üçün viza verməyəcək

Ağ Ev ABŞ Xarici İşlər Nazirliyinin 24 yanvar etibarilə əsasən doğum turizmi məqsədilə istifadə edilən müvəqqəti turist vizası B-1/B-2nin verilməsini dayandıracaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada sözügedən addımın milli və ictimai təhlükəsizlik ilə ABŞ miqrasiya sistemi arasında uyğunluq baxımında önəmli olduğu vurğulanıb.

Doğum turizminin ABŞ xəstəxanalarına böyük yük olması ilə yanaşı bəzi sui-istifadə hallarına və cinayətlərə də yol açdığı deyilir.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->