ABŞ-ın ATƏT nümayəndəsi: Rusiya Krıma 25.000-ə qədər əlavə hərbçi göndərib

ABŞ-ın ATƏT nümayəndəsi: Rusiya Krıma 25.000-ə qədər əlavə hərbçi göndərib

Rusiya Krıma əlavə 15-25 min əsgər göndərib.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ-ın ATƏT-dəki missiyasının nümayəndəsi Kortni Avstrian deyib. Onun sözlərinə görə, hazırda 2014-cü ildən bəri Rusiya hərbi personalının maksimum sayı Ukrayna ilə sərhədlərin yaxınlığında 30 mindən çoxdur.

"Bu saya piyadalar, tank taburları, helikopterlər, hava hücumundan müdafiə sistemləri daxildir... S-400, qırıcılar və sahil müdafiə qanadlı raketlər kimi müasir hava müdafiə sistemləri də Krımda yerləşdirilib", - "Kommersant”ın Avstriandan gətirdiyi sitatda deyilir.

Bundan əvvəl Ukraynanın Müdafiə naziri Andriy Taran ölkə sərhədləri yaxınlığındakı Rusiya əsgərlərinin sayının 110 minə çatacağını proqnozlaşdırmışdı.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR