Texnologiya 10:41 14.08.2019

ABŞ-ın hava limanlarında "Apple" qadağası

ABŞ Federal Aviasiya İdarəsi "Apple" şirkətinin istehsal etdiyi "MacBook Pro" noutbuklarının hava limanına daxil edilməsini qadağan edib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, bəzi "MacBook Pro" modellərində istifadə edilən batereyaların partlamaq təhlükəsi mövcuddur. 

Xatırladaq ki, "Apple" iyun ayında 15 düymlük bəzi "MacBook Pro" modellərində normadan artıq qızmanın baş verdiyini açıqlamışdı. Problem yaşanan məhsullar 2015-ci ilin sentyabr 2017-ci ilin fevral aylarında istehsal edilib.

Gülşən