Dünya 10:11 03.06.2020

ABŞ-ın ilk qaradərili milyarderi zənci amerikalılar üçün təzminat tələb etdi

Amerikalı qaradərili milyarder Robert Conson ABŞ səlahiyyətlilərindən ölkənin qaradərili vətəndaşları üçün 14 trilyon dollar təzminat ödəməsini tələb edib.

Qaynarinfo CNBC telekanalına istinadla xəbər verir ki, onun fikrincə, bu, "ağlar və qaralar arasındakı uçurumu götürməyə" kömək edəcək. Conson inanır ki, bu pulla qaradərili amerikalılar iqtisadiyyatı stimullaşdıracaq müxtəlif müəssisələr yaradacaq və inkişaf etdirməyə başlayacaqlar.

Conson bu fikirlərini qaradərili məhbus Corc Floyda qarşı polis hərəkətlərinə qarşı kütləvi etirazlar başlayandan sonra dilə gətirib.

Alpər