Dünya 12:47 15.09.2021

ABŞ kəşfiyyatı "Əl-Qaidə"nin ölkədə terakt törədə biləcəyindən narahatdır

"Radikal "Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti əlində saxlayacağı təqdirdə, "Əl-Qaidə” terror qruplaşması bir-iki ildən sonra ABŞ-da terror aktları təşkil etmək potensialını bərpa edə biləcək”.

Qaynarinfo bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Skott Berrier deyib.

Onun sözlərinə görə, "Əl-Qaidə”nin təhdidlərini qarşılamaq üçün uzun müddət lazım olacaq.

"Mövcud məlumatlara görə, ən ehtiyatlı proqnozlara əsasən, "Əl-Qaidə”nin ən azından ölkəmizə qarşı təhlükə yarada biləcək potensial formalaşdırması üçün bir ildən iki ilə qədər vaxt lazım olacaq”.

Xəyal