ABŞ-PKK gizli görüşündə baş vermiş skandal KİV-ə sızdı: Qələmi üzünə çırpıb

ABŞ-PKK gizli görüşündə baş vermiş skandal KİV-ə sızdı: Qələmi üzünə çırpıb

ABŞ Prezidenti Donald Trampın Suriya siyasətini idarə edən Dövlət Katibliyinin səlahiyyətliləri ilə YPG/PKK/SDG üzvləri arasında keçirilən görüşdə ciddi gərginlik yaşanıb.

Qaynarinfo xəbər verir ki, "The National Interest” müxtəlif mənbələrdən əldə etdiyi məlumata əsasən, YPG/PKK/SDG üzvləri ilə ABŞ Dövlət Katibliyinin səlahiyyətliləri arasında qapalı toplantılar keçirildiyini və görüşlərdən birində ABŞ yetgilisinin qışqıraraq qələmi tərcüməçinin üzünə atdığını yazıb.

Xəbərə görə, ABŞ Dövlət katibliyinin YPG/PKK/SDG rəhbərlərini dəfələrlə Suriyadakı müxalif güclərlə birgə çalışmağa məcbur edərək onlara ağır töhmətlər yağdırıb. Hadisə haqda birinci əldən məlumatı olan mənbə ABŞ Dövlət katibinin müavini Joel Rayburnun əsəbiləşərək qələmi tərcüməçinin üzünə atdığını təsdiqləyib.

Xəbəri verən mənbə Rayburnun Suriyanın müxalif qruplarını sevdiyini, onların İrana qarşı çıxa biləcəklərini düşündüyünü deyib. 

Bu arada Beynəlxalq Sərhəd İttifaqı (FAI) adlı bir xristian xeyriyyə təşkilatının ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı "Trump İnternational” otelində təşkil etməyi planlaşdırdığı "kürdləri anma tədbiri” otel tərəfindən ləğv edilib.

"Vaşington Post” qəzeti Yaxın Şərqə tibbi yardım göstərən FAI xristian xeyriyyəçilik təşkilatının direktoru Çarlen Struebing otelin tədbiri "təhlükəsizlik narahatlığı" səbəbiylə ləğv edildiyini bildirib. Ancaq Vaşinqton Polis İdarəsinin rəsmisi bu hadisə ilə bağlı heç bir təhlükəsizlik təhdidi barədə məlumat almadıqlarını deyib.

Sözügedən tədbir bazar günü "Grand Hyatt Washington Oteli”ndə keçiriləcək.
XƏBƏRLƏR
BLOGLAR