Dünya 12:24 05.08.2020

ABŞ səfirliyi yaxınlığına katyuşa atıldı

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyi və ölkənin bir sıra dövlət binalarının yerləşdiyi yaşıl bölgəyə raket hücumu olub.

Qaynarinfo xəbər verir ki, bu barədə İraqın əl-Sumeriyyə News kanalı məlumat yayıb. Məlumatda bölgəyə katyuşa atıldığı, lakin raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi qeyd olunub.

Hadisə zamanı ABŞ səfirliyinin təhlükəsizlik siqnalizasiyasının da işə düşdüyü bildirilib.

Qeyd edək ki, Bağdadda dövlət binaları və bir çox diplomatik nümayəndəliklərin olduğu Yaşıl bölgə daha öncə də dəfələrlə raket hücumuna məruz qalıb.

Camal