ABŞ səfirliyi Müdafiə Nazirliyinin gizli səs yazısına münasibət bildirib
ABŞ səfirliyinin mətbuat xidmətindən “Meydan.tv”nin sorğusuna cavab olaraq bildirilib ki, “Bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə əlaqədəyik. Bu özəl-diplomatik danışığın məzmununu müzakirə etmək fikrində deyilik”.
Qeyd edək ki, Səfər Əbiyevlə ABŞ səfirinin görüşü zamanı müzakirə olunan məsələlər haqda müdafiə Nazirliyinin yaydığı açıqlamanı səfirlik qeyri-dəqiq adlandırmışdı.
Müdafiə Nazirliyi isə ABŞ səfirinin Azərbaycandakı seçkilərlə bağlı danışığının audio yazısını qeyd etdiklərini açıqlayıb.
Qaynar.info
Şərhlər