Xəbər lenti

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə prokurorluqda araşdırma aparılır (YENİLƏNİB)
Ölkə 09:44 16.06.2024

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə prokurorluqda araşdırma aparılır (YENİLƏNİB)

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə "Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.
 
 15.06.2024 / 23:39

Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü, Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->