Xəbər lenti

ABŞ səfirliyinin yaxınlığına daha 5 raket atıldı
Dünya 10:53 27.01.2020

ABŞ səfirliyinin yaxınlığına daha 5 raket atıldı

ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına 5 katyuşa raketa atılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı maddi zərər dəysə də, xəsarət alan olmayıb. Hadisə ilə bağlı açıqlama verən İraqın baş naziri Adil Əbdülmehdi hökumət binalarının yerləşdiyi Yaşıl Bölgəyə atılan raketlərdən bəzilərinin ABŞ səfirliyinin ərazisinə düşdüyünü bildirib. Rəsmi Bağdad xarici təmsilçilərə qarşı hücumu pisləyib. Təhlükəsizlik qüvvələrinə hücumu törədənlərin tutulub, qanun qarşısına çıxarılması üçün təlimat verildiyi qeyd olunub.

Rəsmi Vaşinqton da məsələyə münasibət bildirib. Dövlət Departamenti rəsmisi açıqlamasında beynəlxalq zonaya raket atılmasından xəbərdar olduqlarını deyib və İraq hökumətini diplomatik obyektlərin qorunması ilə bağlı öhdəliyini yerinə yetirməyə çağırıb.

Hücumu İranın dəstəklədiyi qrupların törətdiyi ehtimal edilir.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->