Dünya 10:27 08.07.2020

ABŞ rəsmən ÜST-dən ayrılır

ABŞ-da hökumət Dünya Səhiyyə Təşkilatından rəsmi olaraq ayrılmaq barədə Konqresə bildiriş göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə Nyu Cersiya ştatının senatoru və Senatın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Bob Menendez Tvitter hesabında məlumat verib. O, Tramp administrasiyasının bu addımının Amerika idarəçiliyini "xəstə və yalnız" qoyacağını bildirib.

Digər tərəfdən adı açıqlanmayan Ağ Ev rəsmilərindən biri yerli mətbuata açıqlamasında çəkilmə qərarının bazar ertəsindən etibarən qüvvəyə minəcəyini və rəsmi bildirişin BMT-nin baş katibi Antonio Quterreşə göndərildiyini deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 14-də ÜST-ü Covid-19-la mübarizədə səriştəsizlikdə və Çinə yaxın olmaqda ittiham etmiş, təşkilata ayrılan maliyə yardımını dayandırdıqlarını açıqlamışdı.

Camal