Dünya 11:13 10.09.2018

ABŞ Suriyaya qadağan olunmuş fosfor bombası atıb

Rusiya Pentagonu Suriyanın Deyr Əz Zor ərazisində fosfor bombasından istifadə barədə xəbərdarlıq edib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri Vladimir Savçenko məlumat verib. Bildirilir ki, ABŞ Suriyada Ceneva Konvensiyasına görə qadağan edilmiş fosfor bombasından istifadə edib. ABŞ isə bu iddiaları rədd edir. Pentagon sözçüsü Şon Robertson onlarda belə bir informasiyanın olmadığını deyib. 

Qeyd edək ki, iddialara görə, ABŞ 8 sentyabrda "F-15" hərbi təyyarəsi vasitəsilə Hacin yaşayış məntəqəsinə fosfor bombası atıb.

Gülşən