Dünya 19:03 20.10.2021

ABŞ tələb etdi, Belarusun Nyu Yorkdakı Baş Konsulluğu bağlandı

Bu gün Belarusun milli hüquqi internet portalında ölkənin Nyu Yorkdakı baş konsulluğunun bağlanması ilə bağlı məlumat ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bu, baş nazir Roman Qolovçenkonun imzaladığı respublika Nazirlər Sovetinin qərarına əsasən baş verib.

Baş Konsulluğun Amerika tərəfinin tələbi ilə işini dayandırdığı bildirilir. Kanada da daxil olmaqla, baş konsulluğun konsulluq dairəsi ərazisində yaşayan Belarus vətəndaşları artıq respublikanın ABŞ-dakı səfirliyi ilə əlaqə saxlaya biləcəklər.

Xatırladaq ki, daha əvvəl ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez sosial şəbəkələrdə komitənin Belarusa təzyiqi artırmağa qərar verdiyini və ölkə rəhbərliyini Minskə təzyiqi artırmağa çağırdığını bildirmişdi.
 
Alpər