ABŞ bu gün Ukraynaya hərbi yardımın növbəti partiyasını təhvil verib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Oustin məlumat yayıb.
O qeyd edib ki, yardıma "Javelin" kompleksləri, döyüş sursatı və avadanlıqlar daxildir.
Eyni zamanda Ukraynanın müdafiə naziri Aleksey Reznikov da hərbi yardımın gəldiyini təsdiqləyib:
"Ukraynaya 81 ton müxtəlif çaplı döyüş sursatları çatdırılıb, gələn həftə biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün hərbi-texniki yardımla növbəti ABŞ təyyarəsini gözləyirik".
Şərhlər