Dünya 11:53 28.02.2020

ABŞ və Aİ-dən Türkiyə açıqlaması: "Biz sizin yeni dostlarınızdan daha etibarlıyıq"

ABŞ və Avropa İttifaqı İdlibdə 33 Türkiyə əsgərinin şəhid olduğu hücuma münasibət bildirib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada məsələnin diqqətdə saxlanıldığı və Türkiyə ilə müzakirələr aparıldığı bildirilib.

"NATO müttəfiqi kimi Türkiyənin yanındayıq və Əsəd rejimini, Rusiya və İranın dəstəklədiyi qüvvələri bu hücumlara dərhal son verməyə çağırırıq. Prezident və dövlət katibinin dediyi kimi, bu böhranda Türkiyəyə ən yaxşı şəkildə necə dəstək verə biləcəyimizə dair variantlar axtarırıq".

Avropa İttifaqı isə qarşıdurmalara görə narahatdır. Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Naço Sançez Amor bu haqda sosial şəbəkə hesabında yazıb.

"Təəssüf ki, təkrar etmək məcburiyyətində qalıram. Lakin Avropa İttifaqı Türkiyənin yeni dostlarından çox etibarlıdır. Bir şey qazandırmayan təktərəflilikdən imtina etmək sizin xeyrinizə olacaq", - deyə o qeyd edib.

Camal