Dünya 12:00 16.05.2019

ABŞ Venesuelaya uçuşları dayandırdı

ABŞ sərnişin və yük təyyarələrinin Venesuelaya uçuşunu dayandırıb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, Dövlət Katibi Mayk Pompeo qərarı təsdiqləyib. Venesueladan da ABŞ-a planlaşdırılan təyyarə səfərləri baş tutmayacaq.

Uçuşların dayandırılmasına səbəb ABŞ və Venesuela arasında davam edən siyasi gərginlik və vətəndaşların təhlükəsizliyi məsələsidir.

Gülşən