Xəbər lenti

Abşeron sakinlərinin nəzərinə: Sabah işıq olmayacaq
Ölkə 20:08 18.07.2019

Abşeron sakinlərinin nəzərinə: Sabah işıq olmayacaq

İyulun 19-u saat 11:00-dan 15:30-dək Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə "Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/6 kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanlıqların quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->