Ekonomiks 11:15 05.06.2020

Abşeronda elektrik qatarlarının hərəkəti dayandırılır

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkətini dayandırır.

Bu barədə Qaynarinfo-ya qurumdan bildirilib. 

Məlumata görə, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, elektrik qatarları bu həftənin şənbə və bazar günləri hərəkətdə olmayacaq. 

Xatırladaq ki, qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.