Ölkə 10:06 09.11.2017

Abşeronda müğənni bıçaqlandı

Abşeron rayonunun Xocaəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
 
"Qaynarinfo"nun "report”-a istinadən xəbərinə görə, 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu "Murad" şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.
 
Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.
 
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qaynarinfo.Az