Sağlamlıq 13:07 12.04.2019

Abşeronda yeni doğulan körpə ölüb

Abşeronda yeni doğulan körpə vəfat edib.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Bildirilib ki, hadisə dünən baş verib .Abşeron Rayon Mərkəzi Xəstəxanasının Mamalıq-Ginekologiya Şöbəsində qeysəriyyə əməliyyatı ilə doğum edən qadının uşağı ölüb. 

Qadının ailə yaxınlarının iddiasına görə, uşaq həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.