Accessbank Yeni il ərəfəsində əla fürsət təqdim edir. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulan özəl bank kartı – myCard Junior-u ilin sonuna kimi 50% endirimlə əldə etmək mümkündür.
Uşaqların maliyyə savadlılığının artırılması və xərclərin məsuliyyətli idarə edilməsi bacarıqlarının formalaşdırılmasına dəstək məqsədi ilə həyata keçirilən kampaniya ilə gənc müştərilərimiz keşbek dolu alış-veriş fürsətlərindən də yararlana bilər.
Kampaniya 1 dekabr 2024-cü il tarixindən 31 dekabr 2024-cü il tarixinədək qüvvədədir.
MyCard Junior debit kartını sifariş vermək üçün linkə keçid edin: myCard Junior
Əlavə olaraq kampaniya çərçivəsində myCard Junior debit kart sahibləri Apple Pay vasitəsi ilə ən azı 10 AZN-lik nağdsız əməliyyatlarda 2 AZN keşbek əldə edəcəklər. Kampaniya üzrə maksimum keşbek məbləği - 5 AZN təşkil edəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər