Ölkə 09:17 07.10.2017

Ağdam Rayon İcra Hakimiyyətində yeni təyinat

Ağdam Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

"Qaynarinfo" report-a istinadən bildirir ki, rayon icra hakimiyyətinin başcısı Raquf Məmmədov Əliyev Allahverən İdris oglunu birinci müavin təyin edib.

Qeyd edək ki, Allahverən Əliyev Ağdam rayon l Kənd Təsərrüfatı İdarəsinin rəisi olub.

Xatırladaq ki, icra başçısının keçmiş müavini Zülfi Qasımov bir müddət əvvəl yaş həddinə görə vəzifəsindən azad edilib.

Qaynarinfo.Az