Ağdam şəhidini qürurlu ziyarət: “Ata, arzun yerinə yetdi” (VİDEO)

Ağdam şəhidini qürurlu ziyarət: “Ata, arzun yerinə yetdi” (VİDEO)

"Ata, arzun yerinə yetdi. Uğrunda şəhid olduğun Ağdam rayonu işaldan azad olundu”.

Azər Arazov atası, Azərbaycanın Milli Qəhrəmanı Ənvər Arazovun qəbrinin ziyarətinə məhz bu sözlərlə başladı.

Bu gün hər bir azərbaycanlı kimi, Arazovlar ailəsində də sevinc yaşanır. Qələbə xəbəri, Ağdamın işğaldan azad olunması müjdəsi bu ailənin acısına qismən də olsa, məlhəm olub.

Məlumat üçün bildirək ki, ailənin ağsaqqalı olmuş Arazov Ənvər Talış oğlu 1992-ci ildə Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Keçdiyi şanlı döyüş yolunda göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli Qəhrəmanımızın dostları deyir ki, şəhidlik ən uca zirvədir və hər kəsə nəsib olmur.

Qəhrəmanın döyüş yoldaşı Xəqani Cəfərovun sözlərinə görə, Ənvər Arazov döyüşkən, qorxmaz və əsl vətənpərvər insan olub.

Daha ətraflı Baku TV-nin videoreportajında:

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR