Foto 11:41 23.02.2021

Ağdamda qazıntı zamanı insan qalıqları tapıldı (FOTOLAR)

Ağdamda qazıntı işləri aparılan zaman insan sümükləri tapılıb.

APA-nın xəbərinə görə, rayonun Əhmədağalı kəndi ərazisində kəhriz quyularında təmizləmə işləri aparan işçilər insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkar ediblər.

Hadisə ilə bağlı dərhal ərazi üzrə icra nümayəndəliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.