Foto 20:20 27.09.2021

Ağdamın Cümə məscidində Şəhidlərimizin əziz xatirəsi yad edildi (FOTO)

Bu gün Vətən Müharibəsi Şəhidlərinin Anım Günü ilə əlaqədar olaraq, Ağdamın Cümə məscidində Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə Şəhidlərimizin anım mərasimi baş tutub.

Qaynarinfo xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsindən olan nümayəndə heyəti, Bərdə və Ağdam məscidlərinin axundları ərazi bütövlüyümüz uğrunda həyatını qurban vermiş Vətən müharibəsi Şəhidlərimizin ruhuna namaz qılıb, həmçinin dualar oxunub və Quran tilavət edilib. 
 
Daha sonra mərasimdə iştirak edən hərbçilər, qazilər, polis əməkdaşları, media nümayəndələri və digər şəxslərlə birgə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti izlənilib.

Sonda isə Qarabağ müharibəsi zamanı Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı qazilərimizə şəfa versin!