Maqazin 17:30 03.01.2022

Adel Stallonenin bu məşhurlarla qonşuluqda olan evini 50 % endirimlə aldı

Müğənni Adel aktyor Silvestr Stallonedən Beverli Hillsdəki evni satın alıb.
 
Qaynarinfo xəbər verir ki, bu haqda The Sun məlumat yayıb.
 
Stallone əvvəlcə 1990-cı illərdə aldığı malikanəni 81 milyon funta satmağı planlaşdırsa da, sonradan qiyməti əvvəlcə 63 milyon funta, daha sonra isə 42 milyon funt-sterlinqə endirmək məcburiyyətində qalıb. 50% endirim Adelin xoşuna gəlib və müqavilə bağlanıb.

Evdə altı yataq, beş vanna otağı, əsas yataq otağında sauna və terraslı ofis var.

Otaqların birində Stallonenin canlandırdığı Rokki Balboa obrazının nəhəng heykəli, eləcə də onun digər obrazı Rembonun maketi var.

İki mərtəbəli qonaq evində iki yataq otağı və tam təminatlı mətbəx var. Malikanədə səkkiz avtomobil üçün qaraj və sənət studiyası da var.

Adel 67 yaşlı Denzel Vaşinqton və 60 yaşlı Eddi Merfi ilə qonşuluqda yaşayacaq. 

Müğənninin London və Los-Ancelesdə də evləri var.
 
Alpər