Ölkə 16:17 19.04.2019

Adı maliyyə qalmaqallarında hallanan idarə rəisi işdən çıxarıldı

Maliyyə Nazirliyinin Sabirabad rayon Maliyyə İdarəsinin rəhbəri Hüseynağa Gülüşov işdən azad olunub.
 
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, idarənin rəhbəri ötən gün vəzifəsindən çıxarılıb.  

Belə ki, Maliyyə Nazirliyi tərəfindən idarədə yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Buna görə də sədr işdən azad olunub.

Məsələ ilə bağlı açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, Hüseynağa Gülüşov dövlət qulluğu olmanın yaş həddini doldurduğuna görə öz arzusu ilə dövlət qulluqçusu vəzifəsinə xitam verilib. 

Qeyd edək ki, H. Gülüşovun adı mətbuatda müxtəlif dövrlərdə maliyyə maxinasiyaları məsələsində  hallanıb.