Aeroport yolunda zəncirvari qəza tıxaca səbəb oldu (FOTO)

Aeroport yolunda zəncirvari qəza tıxaca səbəb oldu (FOTO)

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo-nun Trend-ə istinadən məlumatına görə, qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. "Jeep", "Opel" və "Saipa" markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR