ANS-in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi "Space" televiziyasından uzaqlaşdırılıb.
"Qaynarinfo" qafqazinfo-ya istinadən xəbər verir ki, "Space" Teleradio Şirkətinin "Hər gün" informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət telekanaldan çıxarılıb.
İddia edilir ki, o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.
Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.
Məsələylə bağlı Oxu.Az-ın əməkdaşı Afət Telmanqızı ilə də əlaqə saxlayıb. “Space”dən öz istəyimlə getmişəm. Yayılan xəbərlər əsassızdır”, - deyə telejurnalist bildirib.
Qeyd edək ki, "Space"də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.
Qaynarinfo.Az
Şərhlər