Xəbər lenti

AFFA klubları cərimələdi
İdman 20:12 08.10.2019

AFFA klubları cərimələdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının VII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

"Sumqayıt” – "Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. "Neftçi” – "Səbail” oyununda hər iki komandanın 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün klublar 800 manat cərimələnib.

"Qarabağ” – "Sabah” matçının 79-cu dəqiqəsində qonaqların futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->