Premyer Liqada çıxış edən daha üç klubda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunub.
Qaynar.info-nun AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Jan Versleijen (Hollandiya) "Neftçi", Peter Neustadter (Almaniya) isə "Rəvan" klubuna təqdim olunub. Hollandiyalı mütəxəssis John van Loen isə bu həftə "Qarabağ" FK-nın idman direktoru vəzifəsində fəaliyyətə başlayacaq.
Xatırladaq ki, fevralın 1-dən etibarən Daryl Willard (İngiltərə) "AZAL", Frank Bernhardt (Almaniya) "Sumqayıt", mart ayından isə Spittler Torsten (Almaniya) "İnter" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. "Qəbələ" klubunda isə Stanley Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunur və onun məvacibi AFFA-nın hesabına ödənilir. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
Qaynar.info
Şərhlər