İdman 14:01 20.05.2019

AFFA 3 oyunçunu 1 illik diksvalifikasiya etdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, yığıncaqda futzal üzrə Yüksək Liqanın "Araz” – "Xəzər Cənub” matçında baş verənlər əsas müzakirə mövzusu olub.

Matçın 25-ci dəqiqəsində "Xəzər Cənub” komandasının 24 nömrəli oyunçusu Hamid Raşidi rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanıb. 

Oyunun 48-ci dəqiqəsində "Xəzər Cənub” komandasının 13 nömrəli oyunçusu Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı –qırmızı vərəqə aldığına üçün 1 oyun cəzalanıb.
 
Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı aşağıdakı qərarlar qəbul edilir:
 
"Xəzər Cənub” komandasının 12 nömərli futzalçısı Raşid Qalapur, 13 nömrəli futzalçısı Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə, 12 ay müddətinə cəzalandırılıb. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Oyundan sonra hakimi təhqir etdiyinə görə "Xəzər Cənub”un 24 nömrəli futzalçısı Hamid Raşidi 3 oyun cəzalanıb.