Afrin terrorunun qisası alındı: Ərdoğan kürd terrorçulara od yağdırdı

Afrin terrorunun qisası alındı: Ərdoğan kürd terrorçulara od yağdırdı

Türkiyə Müdafiə Nazirliyi "Suriyanın Demokratik Qüvvələrinin” (SDF) Tel Rifat qəsəbəsi yaxınlığında yerləşən bir sıra obyektlərinə zərbələr endirdiyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, atılan atəş nəticəsində bir neçə SDF döyüşçüsü öldürülüb və qrupun istifadə etdiyi binalar dağıdılıb. Türk Silahlı Qüvvələrinin əməliyyatı dünən Afrin şəhərində kürd "Afrin Azadlıq Qüvvələri”nin təşkil etdiyi terror hücumuna cavab olaraq həyata keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəxananın atəşə tutulması nəticəsində on doqquz insanın ölümünə səbəb olan terrorla bağlı sərt danışıb və "Kürd silahlılar Türkiyə, Suriya və İraqda mülki əhali arasında tökülən hər damla qan üçün cavab verəcəklər", - deyib.
Kürd mənbələrinin Afrinə hücumlarda Tel Rifatda yerləşən Suriya Ərəb Ordu hissəsini günahlandırması diqqət çəkir. Directorate 4 teleqraf kanalı yazır ki, iddiaya görə, tibb müəssisəsinə atəş oradan açılıb.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR