Dünya 12:22 04.02.2018

Afrində növbəti hədəf müəyyənləşdi: 1027 nömrəli təpə

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində PKK və İŞİD terror təşkilatına qarşı təşkil etdiyi "Zeytun Budağı" əməliyyatı çərçivəsində növbəti hədəf müəyyənləşdirilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Rako yaşayış məntəqəsində silahlı qarşıdurmaların yaşandığı bir vaxtda ərazinin 6 km məsafəsində yerləşən 1027 nömrəli təpənin azad edilməsi üçün hücum təşkil edilib. TSQ və Azad Suriya Ordusunun 200 nəfərlik əsgərinə 20 komanda birliyi və tanklar da dəstək verir. 1027 təpəsi alınandan sonra Rakoda əsas əməliyyatlar bir neçə gün ərzində başlayacaq. 

Qeyd edək ki, 20 yanvarda start götürən əməliyyat nəticəsində bu günə qədər 899 terrorçu öldürülüb.

Gülşən