Dünya 12:31 11.04.2019

Aİ "Brexit" üçün İngiltərəyə oktyabrın sonuna qədər vaxt verdi

Avropa İttifaqı Brexit prosesini yekunlaşdırmaq üçün İngiltərəyə 31 oktyabra qədər vaxt verib.

Qaynarinfo xəbər verir ki, Aİ liderləri bu barədə qərar qəbul edib. İngiltərənin Baş Naziri Tereza Mey daha əvvəl iyun ayına qədər vaxt istəmişdi. Baş Nazirin sözlərinə görə, əgər parlament Aİ və İngiltərə arasında əldə edilmiş "Brexit" razılığını təsdiq etsə, proses may ayında belə yekunlaşa bilər.

Qeyd edək ki, İngiltərənin 29 martda Avropa İttifaqını tərk etməsi gözlənilirdi, lakin parlament əldə edilmiş razılığı təsdiq etməkdən 3 dəfə imtina edib.

Gülşən