Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən Bakı-Quba yolunun 37-ci kilometrliyində qeydə alınıb.
Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Yaqub Məmmədovun idarə etdiyi “Wolksvagen-Passat” markalı, 90 LS 679 dövlət nömrə nişanlı avtomobil Yardımlı rayon sakini, 1985-ci il təvəllüdlü Aqşin Quliyevin idarə etdiyi “VAZ-2106” markalı, 10 EZ 563 dövlət nömrə nişanlı maşınla toqquşub.
Şərhlər