Xəbər lenti

Bakı-Quba yolunda ağır nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Ölkə 12:57 10.06.2024

Bakı-Quba yolunda ağır nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var

Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shaqman"a çırpılıb.

Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha dörd nəfər - Fidan Məmmədova (2015), Nigar Məmmədova (1995), Nərmin Quliyeva (2008), Ahu Quliyeva (2013) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->