Xəbər lenti

Foto 20:34 15.04.2021

"Albert Rıjiy" dəfn olundu (FOTO)

Aprelin 12-də Rusiyada qətlə yetirilən azərbaycanlı "Qanuni oğru”, kriminal aləmdə "Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərov dəfn olunub.

"Qafqazinfo”nun məlumatına görə, o, Sankt-Peterburqun Beloostrovski qəbiristanlığında torpağa tapşırılıb.

Əli Heydərovun dəfnində kriminal aləmin nümayəndələri iştirak edib. Hazırda Rusiyada həbsdə olan, digər gəncəli "Qanuni oğru” Ülfət Tağıyev ("Rufo Gəncinski”) də həmyerlisinin məzarına çələng göndərənlər arasında olub.

Qeyd edək ki, Ə.Heydərov Moskvadakı idman zallarının birində qətlə yetirilib. Onun qətlinə görə şübhəli şəxs qismində 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğlu saxlanılıb. O, ifadəsində Əli Heydərovu öldürdüyünü etiraf edib.

Xatırldaq ki, "Albert Rıjıy” 1981-ci ildə Gəncədə anadan olub. "Qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda alıb. "Albert Rıjıy” "Ded Xasan”ın (Aslan Usoyan) ölümündən 8 il sonra Moskvada qətlə yetirilən ilk "Qanuni oğru”dur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->