Dünya 10:00 04.02.2018

"Alçaldıcı" bakirəlik testi əleyhinə mübarizə

Hindistanın qərbindəki Maharaştra ştatında yerli köçəri qəbilədə təzə gəlinlərin bakirəlik testindən keçirilməsinə qarşı başlayan kampaniyanın iştirakçıları "alçaldıcı" praktikaya son qoymaq niyyətindədirlər, BBC Marathi-dən Prajakta Dhulap xəbər verir.

22 yaşlı Anita deyir ki, iki il əvvəl olmuş toyundan sonrakı hadisələrini ağlamadan xatırlaya bilmir.

Əsasən Maharaştra ştatında yaşayan təxminən 200 000 nəfərlik Kanjarbhat icmasının digər qadınları kimi Anita toy gecəsindən sonra "ismətli" olduğunu sübut etmək üçün "bakirəlik testindən" keçməyə məcbur edildi.

Həmin test toy mərasiminin tərkib hissələrindən biridir və bu testi keçirməyə nüfuzlu yerli kənd şurası (pançayat) məcbur edir.

Cütə ağ mələfə verilir, onlar üçün kənd şurası və ya ailələrdən biri tərəfindən mehmanxanada otaq tutulur ki, onlar təzə bəy-gəlin münasibətlərini cinsi əlaqəyə girməklə tamamlasınlar, bu zaman isə təzə bəyin və təzə gəlinin ailələri, eləcə də kənd şurası üzvləri bayırda gözləyir.

Gəlindən cinsi əlaqə zamanı qan çıxarsa, o, bakirə sayılır, əks təqdirdə onu ağır aqibət gözləyir.

Təzə bəyə "təmiz" olduğunu sübut edə bilməyən arvadı ilə nikahı ləğv etməyə icazə verilir, həmin qadınlar icma qarşısında alçaldılır və hətta ailə üzvləri tərəfindən onları "rüsvay" etdiklərinə görə döyülür.

Bu arada ekspertlərin bildirdiyinə görə, ilk dəfə minsi əlaqəyə girən qadında qanaxma heç də həmişə baş vermir.

"İlk dəfə seks əlaqəsinə girən qadından qanın çıxmamasının müxtəlif səbəbləri ola bilər, - Dehlidə mənzillənən ginekoloq həkim Sonya Nayk BBC-yə deyib. - "Qadın idmanla intensiv məşğul olubsa və ya masturbasiya edibsə, ondan qan çıxmaya bilər."

Qadının partnyorunun ehmallı hərəkət etməsi də cinsi əlaqənin qanamasız keçməsinə səbəb ola bilər".

Anita isə bilirdi ki, bakirəlik testindən keçə bilməyəcək. çünki əri ilə nikahdan əvvəl seks əlaqəsində olmuşdu.

Lakin bundan sonra baş verənlər onun üçün gözlənilməz oldu.

"Mən elə bildirdim, ərim kənd şurası qarşısında mənim müdafiəmə qalxacaq, lakin onlar mənim "təmiz" olub-olmadığımı soruşanda, o, ağ mələfəni göstərərək məni fırıldaqçı adlandırdı".


Gəlin bakirə olduğunu sübut edə bilməyəndə, nikah ləğv edilir

"Mən mat qalmışdım. Mən onun təkidi ilə onla 6 ay seks əlaqəsində olmuşdum", - Anita deyir. - "Kənd şurası mənim "natəmiz" olduğumu elan edərək getdi, mən tək qaldım. Göz yaşlarım dayanmaq bilmirdi".

Onun nikahı "bakirəlik imtahanından" keçmədiyinə görə ləğv olundu.

Lakin məsələyə bu əhvalat barədə eşidən sosial sahəyə aid bəzi işçilərin təşəbbüsü ilə polis qarışdıqdan sonra Anitanın əri onunla nikahı davam etdirməyə məcbur olundu.

Amma Anita qeyd edir ki, bundan sonra əri onun həyatını cəhənnəmə çevirdi, onu hər gün döyüb alçaldırdı.

Kənd şurasının "saxta" ailəyə icma tədbirlərində iştirak eytməsinə qoyduğu qadağa vəziyyəti daha da ağırlaşdırmışdı.

"Hamilə olduğumdan sonra da vəziyyət düzəlmədi. Ərim soruşurdu: "Uşaq kimdəndir?" Kənd şurası üzvləri hələ də ona bu sualı verirlər", - Anita deyib.

İki ay əvvəl o təzə doğulan körpə oğlu ilə ər evindən bayıra atılıb və hazırda valideynləri ilə yaşayır.

O deyir ki, bakirəlik imtahanından keçə bilməməsi onun doğmalarının da həyatına mənfi təsirini göstərir, belə ki, bacıları buna görə özlərinə ər tapa bilmir.


Toy gecəsindən sonra mələfə ağ qalırsa, gəlin "təmiz" sayılmır

25 yaşlı Vivek Tamayçekar icmasının gəncləri arasında bakirəlik testinə qarşı kampaniya aparmağa başlayıb.

O hesab edir ki, bu "geridə qalmış" praktikaya son qoyulmalıdır.

Bu il o, evlənməyi planlaşdırır. Videk və onun evlənəcəyi qız artıq pançayata xəbər göndəriblər ki, bakirəlik testindən keçmək istəmirlər.

O, WhatsApp şəbəkəsində qrup yaradaraq kampaniyaya başlayıb. Həmin qrupun artıq 60 üzvü var, onların təxminən yarısı qadındır.

Birlikdə onlar icmanın digər üzvlərini də onların təşəbbüsünə qoşulmağa çağırırlar.


25 yaşlı Vivek Tamayçekar icmasının gəncləri arasında bakirəlik testinə qarşı kampaniya aparır

Lakin bu qrupun bəzi üzvləri hücumlara məruz qalır.

Pançayat artıq xəbərdarlıq edib ki, həmin təşəbbüs qrupu burxılmayanadək və qrup üzvləri Kancarbhat icmasının adını bədnam çıxardığına görə pançayatdan üzr istəməyənədək, onların ailə üzvləri "sosial boykota" məruz qalacaq.

Lakin Vivek Tamayçekar başladığı kampaniyanı davam etdirmək niyyətindədir.

Onun qrupuna edilən hücumlar Hindistan mediasında geniş işıqlandırıldığından "bakirəlik imtahanı" mövzusu da ölkədə müzakirə edilən əsas məsələlərdən birinə çevrilib.

Vivek ümid edir ki, bu məsləyə ictimai diqqətin yönəlməsi bakirəlik imtahanının birdəfəlik ləğv olunmasına gətirib çıxaracaq.

Mənbə: BBC