"AVRO-2020"nin seçmə mərhələsinin Fransa - Türkiyə oyununda (1:1) meydana ikinci hissədə daxil olan Hakan Çalhanoğlu matçda əsgər salamı vermələrilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, futbolçu oyundan sonra İtaliya mətbuatının suallarına əsəbiləşərək bunları deyib:
"İtalyanlar bizim oyundakı hərəkətimizi dərhal siyasətə bağladılar. Siyasət ayrı, futbol ayrı. Bizim ölkəmiz belədir. Heç vaxt təslim olmaz, həmişə dik dayanar. Biz bir-birimizə həmişə dayaq olur, kömək edirik. Biz belə bir ölkəyik. Fransa oyununda da komanda olaraq çox yaxşı mübarizə apardıq”.
Alpər
Şərhlər