Video 23:39 27.10.2021

Ali Erbaş Şuşada azan oxudu (VİDEO)

Türkiyənin Dini İşlər İdarəsinin sədri Ali Erbaş Şuşada azan oxuyub.

O, bununla bağlı görüntüləri Tvitter hesabında paylaşıb.

"Qarabağın qəlbi olan qədim şəhər Şuşanın işğaldan azad edilməsinin simvolu sayılan Yuxarı Gövhər Ağa Məscidində azan oxumaq bizlərə də nəsib oldu.

Allah qiyamətə qədər coğrafiyamızı İslam rifahından və azan səslərindən məhrum etməsin”, - A.Erbaş qeyd edib. (qafqazinfo)