Ali Rada  Zelenskini rədd etdi

Ali Rada Zelenskini rədd etdi

Ukrayna Ali Radası prezident Zelenskinin təklif etdiyi seçki haqqında qanun layihəsini müzakirə çıxarmaqdan imtina edib.

Modern.az  "Ria Novosti”yə istinadən xəbər verir ki, majoritar seçki sisteminin ləğvini və partiyalar üçün parlamentə giriş üçün minimum həddin 5%-dən 3%-ə endirməyi nəzərdə tutan qanun layihəsinin gündəmə gətirilməsini yalnız 92 deputat dəstəkləyib

Müvafiq qərarın müzakirəyə çıxarılması üçünsə azı 226 səs tələb olunur.

Səsvermədən sonra Ali Radanın sədri Andrey Parubi parlamentin fövqəladə iclasını bağlı elan edib.
XƏBƏRLƏR
BLOGLAR