Xəbər lenti

Alimlərdən
Sağlamlıq 12:50 08.04.2018

Alimlərdən "Faydalı stress" iddiası

Mütəxəssislər hər zaman stresdən qaçmağı tövsiyə edir. Səbəb isə stresin insan daxilinə, sağlamlığına vurduğu zərərdir. Belə ki, stress ürək xəstəliyi, şəkər, depressiya, baş ağrılarına səbəb olur.

Qaynarinfo bildirir ki, yeni araşdırmalar isə hər kəsi təəccübləndirib. Belə ki, yeni araşdırmaya görə, stress hər zaman zərərli deyil. Bu iddia hələ 1930-cu illərdə stress haqqındakı fikirləri ilə bu kimi araşdırmaların banisi hesab edilən Hans Selye "stressin faydaları"na o qədər inanırdı ki, insanı insan edən şeyin məhz stress olduğunu düşünürdü. Buna görə də elmə "eustress" qavrayışını gətirdi. Bu bir növ "faydalı stress" mənasını verir. 

Yeni aparılan təcrübələr güc, enerji və xoşbəxt olmağın yolunun gərginlikdən keçdiyini təsbit edib. Stress əslində insanların daha güclü, sürətli və daha enerjili davranmalarına kömək edir.

Stresli bir hadisədən 15 dəqiqə sonra vücud, qan dövranındakı patogen adlı mübarizə hüceyrələrini hərəkətə keçirir. Bu isə maddələr mübadiləsinin güclənməsi üçün bədənə yayılır.

Maddələr mübadiləsi məhz streslə daha da güclənir.

Həmçinin stresin insan yaddaşını gücləndirdiyi də məlumatlarda qeyd edilib.

Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->