Dünya 19:35 04.12.2019

Almaniya: "Gürcüstan vətəndaşının ölümündə Rusiyanın barmağı var"

Almaniyanın Baş Prokurorluğu Berlində Gürcüstan vətəndaşının qətlə yetirildiyi cinayət işinə baxıb.

Qaynarinfo xəbər verir ki, idarə bu barədə press-reliz yayıb. Məlumatda bildirilir ki, Tornike Kavtaraşvilinin Rusiya Federasiyasının dövlət qurumlarının və ya Rusiya Federasiyası daxilində Çeçenistan Muxtar Respublikası orqanlarının göstərişi ilə qətlə yetirildiyinə dair kifayət qədər faktlar var.
 
İşdə "siyasi sifariş" olduğu da qeyd olunur. Bu səbəbdən işə yenidən baxılmasına ehtiyac duyulub. Daha öncə isə istintaqı Berlin Prokurorluğu aparıb.

Qeyd edək ki, bundan öncə Almaniya Berlindəki qətlə görə Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovub. Həmçinin Almaniyanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının ölkədəki səfirinə zəng edərək, nota verib.