İdman 09:23 17.05.2020

Almaniya Bundesliqası futbolla başladı, meyxana ilə bitdi (VİDEO)

Almaniya Bundesliqasının bu gün bərpa olunan matçlarından Rur derbisi olan "Borusiya” (Dortmund) – "Şalke” oyununun sonluğu "İdman TV”nin şərhçisi İsmayıl Abdullayev tərəfindən özünəməxsus şəkildə sonlandırılıb.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, oyunun gedişatında "utan, ay koronavirus, gör, sən bizi nə günlərə salmısan” deyən tanınmış şərhçi yekun nitqini meyxana ilə tamamlayıb:

"Derbinin adı – Rur, qurtardı, getdi,

Qol oldu – vurhavur, qurtardı, getdi”.

Qeyd edək ki, azarkeşsiz keçirilən Rur derbisinndə Dortmund klubu əzəli rəqibini 4:0 hesabı ilə darmadağın edib.