Dünya 16:55 03.08.2018

Almaniya əhalisinin 25 faizi miqrantdır

İrqçilik mübahisələrinin getdikcə genişləndiyi Almaniyada hər dörd nəfərdən birinin miqrant olduğu ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bu, Almaniya Statistika Qurumunun 2017-ci ilə dair hesabatında öz əksini tapıb. Bu il isə ölkədəki miqrantların sayı ötən illə müqayisədə 4,4 faiz artaraq 19 milyon 300 nəfərə çatıb. Bu, 82 milyon əhalinin təxminən 25 faizinə bərabərdir. Ölkədəki ən böyük miqrant toplumunu Türkiyə, Polşa və Rusiya əsilli miqrantlar təşkil edir.

Hesabatda həmçinin qeyd olunur ki, bu, ölkədə qeyri-alman dilində danışan əhalinin sayının artmasında da özünü göstərib. Belə ki, Almaniyada ümumilikdə 24 milyon evdən 2,5 milyonunda xarici dildə danışılır.